

Qazaxstanın Dövlət katibi Azərbaycana səfər edəcək.
Bu barədə Gununsesi.info-ya Qazaxstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, Qazaxstanın Dövlət katibi Qulşar Abdıkalikovun Azərbaycana səfəri sentybarın 29-da reallaşacaq. Səfərdə məqsəd 4-ce Beynəlxalq Bakı Humanitar Forumunda iştirak etməkdir. Forum 29-30 sentyabrda Bakıda keçiriləcək.
Dövlət katibinin Forumda çıxışı da nəzərdə tutulur. Səfər çərçivəsində Dövlət katibi H.Əliyev adına “Qazaxstan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri ilə birgə sentyabrın 30-da Qazaxstanın 25 illik yubleyi ilə əlaqədar olaraq tədbir keçriməyi də planlayırlar. Tədbirdə həmçnin iki ölkə arasında ikitərəfli münasibətlər, mədəniyyət, təhsil, incəsənət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Mürtəza
Gununsesi.info