“QAZel”lə “KamAz” toqquşdi, iki nəfər xəsarət aldı…

  • By admin
  • 12 Avqust 2016 10:19

qazel

 

Bu gün səhər saatlarında Bakı-Qazax magistralının Ələt qəsəbəsi ərazisində “QAZel” markalı avtomobil “KamAz” markalı avtomobillə toqquşub.

Gununsesi.info-nun  APA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, qəza zamanı Beyləqan rayon Binnətli kənd sakini, 1991-ci il təvəllüdlü Əliyev Nəsrəddin Abbas oğlu və Eyvazalılar kənd sakini, 1993-cü il təvəllüdlü Əlizadə Seyran Əliyar oğlu ağır olmayan bədən xəsarətləri alıblar.

Onlar ilə Şirvan şəhər xəstəxanasında çatdırılıblar.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Gununsesi.info