Qazi özünə od vurdu

  • By ilhame
  • 27 Oktyabr 2023 22:55

Qazi Mirzəyev Röyal Müşviq oğlu İsmayıllı rayon icra struktur rəhbərlərinin özbaşınalığına etiraz olaraq özünü yandırıb.

Gununsesi.info bildirir ki, bu barədə Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev deyib.
Onun sözlərinə görə, özünü yandıran qazi hazırda İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib:
“Rayon icra struktur rəhbərliyinin əməkdaşları xəstəxananı bildiyiniz mühasirəyə alıb, Bakı şəhər Yanıq mərkəzinə göndərilməyinə mane olurlar. 35% yanıq xəsarəti diaqnozu qoyulub”.


Gununsesi.info