“Qazı, suyu, işığı havayı edin” – DEPUTATDAN MARAQLI TƏKLİF

  • By admin
  • 25 Dekabr 2020 12:55
“Zəhmət çəkin, insanların problemlərini həll edin. Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin”.

Gununsesi.org xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
“Mən bəzi yerlərə gedəndə insanların üzünə baxa bilmirəm. Biz şəhid ailələri və qazilər üçün işıq, qaz, suyun ödənişsiz olması ilə bağlı qərar qəbul etməliyik. Bu, onların haqqıdır”, – deyə deputat bildirib.

Gununsesi.org