Qazi və şəhid ailələrinin 6 milyondan çox kredit borcu ÖDƏNİLİB

  • By admin
  • 24 İyun 2022 11:41

Şəhid ailələri, itkin hərbçilər və yaralıların kredit və borc öhdəliklərinin qarşılanmasına xərclənən vəsaitin məbləği açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatda danışıb.

O qeyd edib ki, 6 milyon 336 min manat müraciət edənlərin istehlak kreditləri və borc öhdəliklərinin qarşılanmasına xərclənib.

Gununsesi.info