Qazi Vilayət Eyvazovdan kömək istədi- 29-CU BÖLMƏDƏ DÖYÜLÜB, TƏHQİR OLUNMUŞAM

Ağcabadi rayon Qaradolaq kənd sakini, 44 günlük Vətən müharibəsinin qazisi Quliyev Ramil Çingiz oğlu DİN rəhbəri Vilayət Eyvazova şikayət ərizəsi yazıb.
Nazirə ünvanladığı müraciətin bir surətini də Gununsesi.info-nun elektron poçtuna yollayan vətəndaş Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində başına gələnləri nəql edib.
Həmin müraciəti təqdim edirik:

Cənab nazir!
Mən 15.07.1991-ci ildə Ağcəbədi rayonunun Qaradolaq kəndində anadan olan, Yeni Yasamal dairəsində yaşayan 44 günlük vətən müharibəsininin qazisi, Quliyev Ramil Çingiz oğlu cənab prezident tərəfindən Füzuli və Ağdam uğrunda medalla təltif edilmişəm .

2021-ci ilin yanvar ayının 13-də Hacızadə Elvin Rafail oğlunun avtomaşının oğurluğu ilə bağlı Yasamal rayon 29-cu polis şöbəsinə 09:30 radələrində getdim.
Bu zaman məni 29-cu polis şöbəsi rəis müavini Rasim müəllim gördü. Mənim yaxamdan tutub, başıma şilləylə vurub, növbətçi hissəyə saldı. Növbətçiyə dedi ki, yarım saat bunu saxlayın, gəlirəm.
Mən ona qazi olduğumu bildirəndə və ” günahım nədir” soruşanda Rasim müəllim məni aşağılayan ifadələr səsləndirdi.
Qanunsuz saxlanılmağıma və təhqirlərə etiraz edəndə növbətçi polis çavuşu Kənan məni təpiklə vurdu. Susmağım üçün o da məni təhqir elədi.
Rasim müəllimin göstərişi ilə məni əməliyyatçı Anarın otağına aparıb, orada yerə yıxdılar və döyməyə başladılar.
Səbəbin soruşanda dedilər,  məni məcbur edirdilər ki, bu şəri mən boynuma götürüm.
Ancaq mənim xəbərim olmadığı üçün onların dediklərini etmədim. Sonra məni yenə növbətçi hissəyə saldılar. Bir neçə saatdan sonra məni əməliyyatçı Anar, rəis müavinin otağına qaldırıb dedi ki oğru başqa adamdı elə bildik sənsən.
Cənab Nazir!
Sizə müracət edərək, baş verən bu olayın nazirlik tərəfindən araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm.

Gununsesi.info