Qaziantep ABŞ kəşfiyyatının xüsusi olaraq çalışdığı şəhərdir.
Gununsesi.info xəbər verir ki, bu sözləri AKP-çi millət vəkili Şamil Təyyar sözügedən şəhərdə polis məntəqəsinə təşkil edilən silahlı hücumla bağlı açıqlama verərkən deyib.
“Qaziantep bölgənin ən riskli ərazilərindən biridir. Buna baxmayaraq mən təhlükəsizlik qüvvələrinin burada xüsusi mübarizə apardığını düşünürəm. Dünənə qədər Qaziantep İŞİD-lə qonşu şəhər idi. Onu da unutmamaq lazımdır ki, bu şəhərdə ABŞ xüsusi xidmət orqanları geniş şəkildə fəaliyyət göstərir”, – deputat bildirib.
Qeyd edək ki, bu gün Qaziantepdə terrorçular polis məntəqəsinə daxil olmağa cəhd ediblər.
Lakin polisin sayıqlığı nəticəsində silahlı hücum baş tutmayıb və 1 terrorçu məhv edilib.
Gununsesi.info