Qaziləri getə-gələ salanlara layiqli cavab verilməlidir - ƏLİ MƏSİMLİ HÖKUMƏTƏ SƏSLƏNDİ

  • By admin
  • 02 Aprel 2021 23:27

“Bizə müharibə iştiraçıları tərəfindən əlilliklə bağlı xeyli müraciət daxil olur. Biz o insanlara borcluyuq. Onları get-gələ salmaq olmaz. Onların get-gələ salanlara layiqli cavablar verilməlidir”.

 

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

 

Deputat çıxışı zamanı autizmli uşaqlarla bağlı məsələni də qaldırıb:

 

“Bu cür insanlara xüsusi qayğı lazımdır. Həmin uşaqlara verilən simvolik müavinətlər də kəsilib. Onlara diaqnoz qoymaq çox asan məsələdir. Gərək həmin məmurların uşaqları elə olsun ki, görsün ki, onlara nə qədər vəsait xərclənir”.

 

Günay