“Qazilərin əlillik dərəcəsinin alınması ilə bağlı haqsız iradlar səsləndirilir” -Siyavuş Novruzov

“Bəzi adamlar Azərbaycanın qazandığı qələbəyə kölgə salmaq istəyir, müəyyən məsələlərdən istifadə edirlər. Qazilərin əlillik dərəcəsinin alınması ilə bağlı haqsız iradlar səsləndirilir. Halbuki çox az sayda belə insan əlillik dərəcəsinin alınması üçün tələblə çıxış edir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində deyib.

 

 

Gununsesi.info