Qazini qucaqlayan polislə bağlı DİN-dən AÇIQLAMA

  • By admin
  • 03 İyun 2022 09:18

Polis əməkdaşının davranışı təqdir olunandır. Əlavə şərhim yoxdur. Çünki elə dəyərlər var ki, onun şərhini, qiymətini cəmiyyət verir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qapısını sındırıb içəri girən qazini qucaqlayan polis əməkdaşı haqda qeyd edib.

O, polis əməkdaşının bu davranışını yüksək qiymətləndirən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, ötən gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçirib. Daha sonra isə qazilərdən bir neçəsi nazirliyin şüşə qapısını qıraraq, içəri giriblər. Bu zaman orda xidmət edən Yasamal rayon Post Patrul Xidməti bölüyünün əməkdaşı, 1991-ci il təvəllüdlü Fazəddin İslam oğlu Əliyev qazini qucaqlayıb və ona sevgisini bildirib. Qazi isə polislə qucaqlaşaraq ağlayıb.

F.Əliyevin bu hərəkəti ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Gununsesi.info