Qazinin intihar etməsilə bağlı cinayət işi başlandı

  • By admin
  • 07 Yanvar 2021 13:10

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan ordusunun hərbçisi Vüsal Musayev intihar etmişdi.

Gununsesi.info-nun işıqlandırdığı xəbər böyük səs-küyə səbəb oldu.

Artıq Bakıda qazinin intiharı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Gununsesi.info