Qazlı şirin suyun ölümcül təhlükəsi

Qazlı sudan mütəmadi istifadə ağır böyrək xəstəliklərinin meydana gəlməsi riskini artıra bilər.

Gununsesi.info xəbər verir ki, belə bir nəticəyə amerikalı tibb alimlərinin tədqiqat qrupu gəlib.

HTML tutorial

Elmi tapıntının nəticələri “Clinic Journal of the American Society of Nephrology” jurnalında dərc edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada kökəlmə “epidemiyası” müşahidə olunur.

Artıq çəkidən planet əhalisinin üçdə bir hissəsi əziyyət çəkir. Onların 15 faizində ağır formalı piylənmə qeydə alınıb.

Xəstəliklərin 47 faizi, o cümlədən, ateroskleroz, infarkt, insult, diabet və xərçəng metabolizmin pozuntuları ilə əlaqədardır.

Tədqiqatçıların fikrincə, kökəlmə epidemiyasının əsas səbəbkarı şəkər və şirin qazlı içkilərdir.

Qazlı suyun normadan artıq qəbulu hər il 184 min nəfərin həyatına son qoyur. Qurbanların çoxu Latın Amerikası və ABŞ sakinləridir.

Bundan başqa, alimlər normadan artıq qazlı su qəbulunun digər fəsadlarını da üzə çıxarıb.

Tədqiqat qrupu son 14 ildə üç min afroamerikalının sağlamlıq vəziyyətini müşahidə edib.

Məlum olub ki, onların 6 faizi böyrəyin xroniki xəstəlikləri ilə üzləşib. Onların əksəriyyəti həddən artıq miqdarda şirin qazlı sular içib.

Gununsesi.info