

“Qazprom”Türkiyənin daxili bazarından tamamilə gedərək, ancaq ixracatçı kimi qala bilər.
Gununsesi.info “Kommersant”a istinadən xəbər verir ki, “Qazprom” Türkiyəyə qaz idxalatçısı olan 60 faiz səhminə malik olduğu Promak şirkətindən çıxmaqla bağlı prosedur qaydaları yekunlaşdırmaq üzrədir.
Promak 2014-cü ildə Qazprombankın və treyder şirkət Akfel Holding tərəfindən yaradılan birgə müəssisədir. Qazprombank Promakın 40 faiz, tərəfda şirkət isə qalna səhmlərə sahib olub.
“Qazprom”-un İdarə Heyətinin sədr müəavini Aleksandr Medvedyev şirkətin aktivlərini Türkiyənin Bosphorus gas-a satmaq niyyətindədir. Bunun səbəbini Medvedyev Türkiyə bazarının dəyərləndirilməsi mümkün olmayan bazar olaması ilə izah edib. O deyib ki, Türkiyə bazarı lirənin zəifləməsi, tariflərin mütəmadi olaraq tənzimlənməsi nəticəsində öz marağını itirməkdəir. Əsas faktor isə Bosphorus-un 2016-cə ildə yüz milyon avroyadək maliyyə itkisi ilə üzləşməsi olub. Çünki Bosphorus qas-ın 71% aktivi “Qazprom”-a məxsusdur. İndi “Qazprom” öz payını Türkiyə şirkəti olan Sen Group-a satmaq niyyətindədir.
“Qazprom”-un Türkiyə bazarından getməsi iki ölkə arasında qazın qiyməti istiqamətində gedən danışıqlar prosesini gücləndirməyə xidmət edəcəyini düşünürlər. Hazırda məsələ arbitrajda müzakirə olunduğundan, “Qazprom”-un Türkiyə bazarından getməsi ilə bağlı yekun qərar yoxdur.
Mürtəza
Gununsesi.info