“Qazprom” Ukraynaya təbii qaz satışını dayandırır

  • By admin
  • 01 Mart 2018 22:00

 

Rusiyanın “Qazprom” şirkəti Ukraynanın “Naftoqaz” şirkəti ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, ruslar “Naftoqaz”ın mart ayı üçün ödədiyi pulu da geri qaytarıb.

Qeyd edək ki, iki şirkət arasındakı anlaşılmazlıqla bağlı dünən Beynəlxalq Arbitraj Məhkəməsi yekun qərar verib. Qərarda “Qazprom”un Ukraynaya təbii qaz satışı ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi qeyd edilib. Məhkəmə “Qazprom”un “Naftoqaz”a 2,56 milyard dollar kompenasiya ödəməsi barədə hökm çıxarıb.

Gununsesi.info