“Suni Zəkanın atası” olaraq tanıdılan keçmiş Google mühəndisi Qeoffrey Hinton Suni Zəka ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 75 yaşlı Hinton “Reuters”ə etdiyi açıqlamsında Suni Zəkanın ortaya çıxışını insanlıq üçün iqlim dəyişikliyindən “daha təcili” bir təhdid yarada biləcəyini söyləyib.
Mühəndis Hinton dünyadakı Suni Zəka ilə bağlı dəyişikliyi dəyərsizləşdirmək istəmədiyini, ancaq təhlükəni bildirməli olduğunu deyib.
“İqlim dəyişikliyi ilə bağlı narahat olmamalısınız, demək istəmirəm. Bu da çox böyük bir risk. Məncə, daha təcili hala gələ bilər”.
Xatırladaq ki, Suni Zəkanın “atalarından” biri olaraq tanıdılan Hinton qısa müddət öncə Google-nin texnoloji irəliləyişində baş mövqelərdəki rolunu tərk etdiyini açıqlayıb.
O, qərarın Suni Zəkanın keçmiş işverəninin nəzarəti olmadan təqdim etdiyi təbii risklər ilə bağlı xəbərdaredici bir platforma yarada bilməsi üçün alındığını söyləyib.
Tərcümə: Arzu Sayadoğlu