Qeydiyyatdan keçmədən toy etmək istədilər: CƏRİMƏLƏNDİLƏR

  • By admin
  • 18 İyul 2021 15:45

Goranboy rayonunda portalda qeydiyyatdan keçmədən toy edən restoranlar cərimələnib.

Gununsesi.info xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Tac” və “Osan” şadlıq saraylarının müvafiq portalda qeydiyyatdan keçmədən toy etdikləri məlum olub.

HTML tutorial

Balakürd kəndində isə fərdi yaşayış evinin həyətində toy təşkil olunması müəyyən edilib. Həmin toyda qonaqların sayı qanunla müəyyən edilmiş saydan çox olduğu aşkarlanıb.

Restoran sahibləri 4 min manat, toy sahibləri isə 400 manat cərimələnib.