
Almaniyada adi avtobus dayanacaqlarından fərqli olaraq qeyri-adi dayanacaqlar mövcuddur.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu dayanacaqlardan heç bir sərnişin qəbul edilmir.
Dayanacaqlar qocalar evlərinin içərisində və kənarında yerləşdirilib.
Demans və Alzheimer xəstələrinin itməməsi üçün tətbiq edilən bu sistemdə xəstə, çaşqın insanlar qaldıqları baxım mərkəzlərini tərk etməyə cəhd edərlərsə, bu dayanacaqlarda avtobus gözləyirlər.
Eynilə keçmiş həyatlarından xatirələrə sarıldıqda, israrla köhnə evlərinə qayıtmaq istəyənlər bu dayanacaqda düşürülür və onlara avtobuslarının gələcəyi deyilir.
Amma təbii ki, gözlədikləri avtobus heç gəlmir.
Bildirilir ki, burada məqsəd avtobus dayanacağında müəyyən müddət oturan yaşlı və xəstə insanların sakitləşməsini, yenidən qocalar evinə qayıtmasını təmin etməkdir.
Eyni şəkildə,mərkəzləri qəfil tərk edən bu insanların baxıcıları və ya ailələri tərəfindən tapılmasının asan olduğu düşünülür.
Maraqlı tətbiq müzakirələrə səbəb. Bəziləri bunun düzgün bir təcrübə olduğunu iddia edərkən, bəziləri bunun saxta və yanıltıcı olduğunu deyərək etik cəhətdən yanlış olduğunu müdafiə edir.
İlhamə
Gununsesi.info