Qeyri-adi beyin əməliyyatı zamanı xəstənin etdikləri çaşqınlıq yaratdı - VİDEO

  • By admin
  • 19 Fevral 2020 19:46
Beynində bədxassəli şiş olan ingiltərəli skripka ifaçısı qeyri-adi beyin əməliyyatı olub. Həkimlər xəstənin beyninin hansı hissələrini istifadə etdiyini görmək üçün qadını lokal anesteziya ilə əməliyyat edib. 
Gununsesi.org xəbər verir ki, 53 yaşlı Dagmar Turner adlı ifaçının beynindəki şişin sol əlini idarə edən bölgəyə çox yaxın olduğu üçün xəstəni oyaq şəkildə əməliyyat etməyə qərar verilib.
Həkimlər 2 saat müddətində davam edən əməliyyat zamanı xəstənin beyninin hansı hissəsini istifadə etdiyini təsbit edərək bu bölgəyə toxunmamağa çalışıb. Bunun üçün xəstədən skripka çalması istənilib və bu sayədə milimetrik əməliyyatla qadının beynindəki şiş təmizlənib.
Qeyd edək ki, həyata keçirilən əməliyyat yüzlərlə beyin əməliyyatı edilən xəstəxanada bir ilk olub.

 

 

Gununsesi.org