Qeyri-adi dəfn mərasimi arxeoloqları təccübləndirdi

  • By admin
  • 05 Oktyabr 2016 16:44
arxeloqlar
Qeyri-adi dəfn mərasimi arxeoloqları çıxılmaz vəziyyətə saldı.
Gununsesi.info xəbər verir ki, arxeoloqların apardığı qazıntı zamanı qeyri-adi qəbir aşkarlayıblar. Qəbir qazılan zaman əqbirdə dəhn olunanların öldükdən sonra başları kəsilərək, ayrıca qoyulması arxeoloqları çaş-baş vəziyyətə salıb. “Siberian Times”-in yazdığına görə, bu qeyri-adi  qəbirlər Sibirin Dağlıq Altay vilayətinin Pazırık qəbirastanlığında apaılan arxeoloji qazıntılar zamanı aşakar edilib. Belə ki, arxeoloqlar qazıntı zamanı   bizim eradan əvvəl VI—III əsrdə mövcud olan  Pazırık mədəniyyətinə məxsus aid iki qəbrdə qeyri-adi hadisənin şahidi olublar. Qəbirdə dəfn olunaların başı bədəndə ayrı  olubb. Özü də cəsədlərin birinin böyük, digəri isə kiçik yaşlı insana aid olub. Belə bir qeyri-adi dəfn mərasimi və ənən ilə rastlaşan mütəxəssislər hadisəni elmi cəhətdən izah etməkdə çətinliklər çəkirlər.  Mütəxəssislər hazırda  bu qeyri-tapıntı üzərində baş sındırnmaqdadırlar. Mütəxəssislər  cəsədlərin ən azı eradan 2500 il bundan əvvələ aid olduğunu ehtimal edirlər.
Alimləri təəccübləndirən hadisə ondan ibarətdir ki, ölən şəxslərin başı kəsilərək ayrıca   bədən üzvlərinin yanında olmasıdır. Mütəxəssislər bunun heç cür izahını verə bilmirlər. Bu adətədn irəli gələn hadisə olub, yoxsa onlar edam ediliblər, yoxsamı onlarıaşağılayaraq öldürdükdən sonra dəfn ediblər. Bax niyə görə başın kəsilərək ayrıca qəbrə qoyulmasını alimlərə araşdırmaq hələ də müyəssər olmayıb. Ortada müxtəlif versiyalar da  mövcuddur. Mütəxəssisləri çaşdıran vəziyyət odur ki, dəfn olunanların qəbrindən xəz dəri paltar, bürünc güzgü, keramik qab-qacaq parçaları və dövrünə aid  qiymətli əşyalar tapılıb.
Ortada olan  əsas dəlil isə ondan ibarətdir ki, hadisə hərbi əmliyyat zamanı baş verib. Guya  bu şəxslər düşmənlər tərəfindən öldürülərək başları kəsilib və ona görə də bu cür dəfhn ediliblər. Buna baxmayaraq ortada yetərincə müəmmalar olduğundan alimlər  ortaq rəyə gələ bilmirlər.
Arxeoloji qazıntı ekspedisyasının rəhbəri Nikita Konstantinovun sözlərinə görə, o dövrdə döyüş zamanı düşmən öldürüldükdən sonra, başıkəsilib. Ancaq bu pazırıkçılara xarakter olmayan hərəkət olub. Hətta pazırıkçılar  ölən şəxsə, xüsusən də gər o rəhbər vəzifədədirsə, yaxud ordu  komandanı olub, onu yaxşı geyindirdikdən sonra dəfn ediblər.Bu zaman da  ölənin bədəninə hər hansı xəsarət yetirilməyib.
Pazırık mədəniyyəti Qazaxstan, Altay və Monqolustanın müxtəlif ərazilərində də rast gəlmək olur.
Gununsesi.info