Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərində yoldan keçənlər və xilasedicilər qeyri-adi doğuşu müşahidə ediblər. Belə ki, hamilə qadın nədənsə iki yaşlı oğlu ilə kollektora düşüb və ikinci uşağını orada dünyaya gətirib.
Qadının sevgilisi və uşağının atası isə yuxarıda boruların üstündə oturaraq gözləyirmiş. O, guya evdən qovulduqlarını, qadının isə xəstəxanaya getmək istəmədiyini bildirib. Qadının doğuş üçün niyə belə qeyri-adi bir yer seçdiyi araşdırılır.
Təcili yardım işçisi jurnalistlərə bildirib ki, əvvəlcə böyük oğlanı, ardınca isə ana ilə körpəsini oradan çıxarıblar. Daha sonra kişi polisə, ailəsi isə xəstəxanaya aparılıb.
Hamilə qadının həmin yerə nərdivansız necə enə bildiyi isə hələ aydın deyil.
Gununsesi.info