Qeyri-neft ixracında SOCAR ilk pillədədir - İNFOQRAMMA

  • By admin
  • 08 Yanvar 2018 14:12

Ötən il ölkənin qeyri-neft sektorunun ixracında ilk onluğu energetika sektoru əsas yerləri tutur.

Gununsesi.info “İxrac” jurnalına istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda Azərbaycan Dövlət Neft Şirkətinin  “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Naxçıvan MR Dövlət Energetika Agentliyi” və “Azərbaycan Dəmir Yolları” QSC təmsil olunurlar.

Bu ixracatçıların reytinqi ilə bağlı məlumatla təqdim olunan infoqramma:

Qeyd edək ki, ötən ayla müqayisədə noyabr ayında dövlətə məxsus ixracatçı subyeklərin ilk onluğunda hər hansı bir dəyişiklik olmamışdır. ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” və “Det-al Alüminium” MMC ilk onluqda mövqeyini möhkəmləndirmişdir.

Vüsalə

Gununsesi.info