
Gömrük Komitəsi 2022-ci il üzrə ölkənin xarici ticarətinə dair statistika açıqlayıb.
İqtisadçı ekspertRövşən Ağayev Gununsesi.info-ya açıqlamasında hesabatda diqqəti çəkən bəzi məqamları şərh edib.
Onun sözlərinə görə, hesabata nəzərə salanda dövlət sektorunun idxalının kəskin şəkildə artıdğı görünür: “Bu, 2,1 dəfə və ya 1,3 mlrd. dollar artaraq 2.5 mlrd. dollara çatıb. Ümumi idxalda dövlət sektorunun payı 10%-dən 17,5%-ə yüksəlib.
Gömrük vergi yükü artıb – bizdə gömrük yığımların əsas etibarı ilə idxal əməliyyatlarından formalaşdığını nəzərə alsaq, gömrüyün büdcəyə ödəmələrinin ümumi idxal dəyərinə nisbəti 21,8%-dən 24%-ə yüksəlb. Yəni, bizdən 2021-ci ildə idxal olunan hər 100 manatlıq mala görə 21,8 manatdan alınmışdısa, ötən il 24 manata yüksəlib. Səbəbini soruşsanız, ağarma deyəcəklər. Amma, məsələn, gömrük dəyərinin subyektiv qərarlarla artırılıb-azalmasını araşdıra bilmək üçün hər hansı alternativ araşdırma imkanı mövcud deyil.
Qeyri-neft ixracı dəyər ifadəsində təxminən 12% (334 mln. dollar) artaraq 3 mlrd. dolları ötüb. Bununla belə qeyri-neft ixracının ümumi ixracda payı 12,2%-dən 7,9%-ə enib. Qeyri-neft ixracının artımında ixracın real (fiziki) həcminin artımından çox, qiymət amili həlledici olub. İxrac qiymət indeksilə bağlı açıqlanan məlumatlar əsasında aparılan hesablamalar göstərir ki, real həcm indeksi hesabına ixracın artımı 4% ətrafındadır”.
Ekspert onu da əlavə edib ki, dünya bazarlarında qiymət amili qeyri-neft ixracında ən azı 8%-lik artıma səbəb olub.
Afət Abbasova
Gununsesi.info