Qeyri-neft sənayesində 21,7% artım olub

  • By admin
  • 17 Mart 2020 17:18

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin iki ayı ərzində Azərbaycanda neft hasilatının 3,7% azalmasına baxmayaraq, sənaye istehsalı həcmi 0,9% artıb.

Sənaye istehsalının artımına yanvar-fevral aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,7% artımın olduğu qeyri-neft sektorunun hesabına nail olunub. DSK-nin məlumatına görə,  sənaye istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi bu il 25,5%-ə çatıb (təxminən 2 mlrd. manat). Bütövlükdə sənaye istehsalının həcmi 7,7 mlrd. manat həcmində qiymətləndirilir.

Gununsesi.org