“Qeyri-neft sektoru idxal tələbatının cəmi 14%-ni qarşılaya bilir” -Rövşən Ağayev

  • By admin
  • 16 Dekabr 2016 15:46

rovsen

Azərbaycanın xarici ticarətinin  vəziyyət aydan-aya  pisləşməkdədir.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bu ilin 11 ayında ticarət əməliyyatlarının həcmi 16 milyard dollar təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.2 faiz azalıb.

Qeyd edək ki, son 5 ildə ölkənin xarici ticarət dövriyyəsi 2 dəfədən çox azalıb. Belə ki,

2012-ci ilin yanvar-noyabr aylarında ticarət əməliyyatlarının həcmi 30.5 milyard dollar;

2013-cü ilin müvafiq dövründə 31.7 milyard dollar;

2014-cü ilin yanvar-noyabr aylarında 28.8 milyard dollar

2015-ci ilin müvafiq dövründə 18.8 milyard dollar təşkil edib.

Bu illərin 11 ayı  ərzində idxal üzrə vəziyyət belə dəyişib:

2012-ci ildə 8.4 milyard dollar

2013-cü ildə  9.7 milyard dollar

2014-cü ildə  8.1 milyard dollar

2015-ci ildə 8.2 milyard dollar

2016-cı ildə 7.7 milyard dollar

İxrac üzrə əməliyyatlar isə belə dəyişib:

2012-ci ildə 22.09 milyard dollar

2013-cü ildə 21.9 milyard dollar

2014-cü ildə 28.8 milyard dollar

2015-ci ildə 10.6 milyard dollar

2016-ci ildə  8.3 milyard dollar

İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti  Rövşən Ağayev bildirir ki,  bu 11 aylıq xarici ticarət statistikası ilə bağlı maraqlı məqamlar var:  “Belə ki, bu ilin 11 ayında idxal 481 mln. dollar azalıb. Bu azalma, əsasən, dövlət müəssisə və təşkilatlarının idxalının məhdudlaşdırılması ilə bağlı olub. Belə ki, 2015-ci ilin 11 ayına nisbətən dövlət sektorunun idxalı 391 mln. dollar azalıb”.

Qeyri-neft sektoru üzrə ixracda 347 mln. dollar (23.4%) azalaraq,  cəmi 1.135 mlrd. dollarolub.

“İxracın cəmi 13.6%-i qeyri-neft məhsulları hesabına təmin edilib, 86.4% neft sektorunun hesabına formalaşıb.  Bu ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 100 mln. dollar olub. Nəzərə alsaq ki, həmin dövrdə ölkənin orta aylıq rəsmi idxalı 700 mln. dollar olub, deməli, qeyri-neft ixracından əldə olunan valyuta idxal tələbatının cəmi 14%-ni qarşılaya bilir. İl ərzində ölkənin idxal ehtiyaclarının 86%-ni neft dollarları qarşılayıb”, -deyə R.Ağayev vurğulayır.

İqtisadçı qeyd edir ki, özəl sektor üzrə ticarət balansının kəsiri 4.7 mlrd dollar olub: “Belə ki, özəl sektor 1.552 mlrd. dollar ixrac, 6.247 mlrd. dollaridxal edib.

Əvəzində dövlət sektoru üzrə ticarət dövriyyəsində 5.5 mlrd. dollar profisit yaranıb – sektor üzrə 6.5 mlrd.dollar ixrac, 1 mlrd. dollar-a yaxın idxal olub.  Bəzi məhuslların idxal qiymətində kəskin artım qeydə alınıb. Məsələn, ötən ilin 11 ayında hər kq kərə yağının orta idxal qiyməti 1.6 USD idi, bu il 3.3 dollar olub. Çayın kq-nın idxal qiyməti 2.1 dollar idi, bu il 3.5 dollar olub.

Bəzi qeyri-neft məhsullarının ixracında həddən artıq böyük azalmalar baş verib. Məsələn, bitki və heyvan mənşəli yağların ixracı dəyər ifadəsində 10 dəfə, çəki ifadəsində 5 dəfə azalıb”.

Vüsalə Rüstəmova

Gununsesi.info