Qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatı başlayır - FOTO

  • By admin
  • 09 Dekabr 2016 10:40

idman-1-foto

Dekabrın 10-11-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.

Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, çempionatda ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşçiləri hər növdə 2 idmançı olmaqla iştirak edəcək.

Sərbəst güləş yarışlarında ölkəmizi baş məşqçi əvəzi Firdovsi Umudov və böyük məşqçi Zəlimxan Hüseynovun başçılığı altında Əhmədnəbi Qvarzatilov (61 kq) və Gitinomaqomed Hacıyev (70 kq) təmsil edəcək.

Yunan-Roma güləşi üzrə pəhləvanlarımız baş məşqçi əvəzi Akif Əliyev və böyük məşqçi İlqar Abdulovun rəhbərliyi altında yarışacaq. Heyətdə Həsən Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yer alıb.

Qadın güləşi yarışlarında baş məşqçi Semyon Çterev və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) mübarizə aparacaq.

Hakimlər briqadasında Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ölkəmizi təmsil edəcək.

İlk yarış günündə sərbəst güləşdə 61 kq, qadın güləşində 55 kq, yunan-Roma güləşində isə 71 kq çəkidə qaliblər müəyyənləşəcək. Dekabrın 11-də isə sərbəst güləşdə 70 kq, qadın güləşində 60 kq, yunan-Roma güləşində isə 80 kq çəkidə idmançılar mübarizə aparacaq.
Anar
Gununsesi.info