“Şaxtalı və qeyri-sabit hava şəraiti noybarın 24-dək davam edəcək”.
Bunu Gununsesi.info-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova son günlərdə havaların kəskin soyuması ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisinə soyuq hava kütləsinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib və küləkli, yağıntılı hava şəraiti müşahidə olunur. “Noyabr ayında belə hava şəraiti əvvəlki illərdə də müşahidə olunub. Belə ki, 2011-ci ildə belə soyuqlar oldu və o zaman havanın temperature mənfi 2-3 dərəcəyədək endi. Haradasa 3 dərəcə şaxtalı hava müçahidə olundu. İndi də şimal-qərb küləyinin əsməsi nəticəsində havanın temperaturu kəskin aşağı enib, fasilələrlə qar yağması müşahidə olunu”- deyə, G.Məmmədova vurğulayıb.
G.Məmmədova əlavə edib ki, şaxtalı hava şəraiti noybarın24-dək davam edəcək: “Noyabrın 24-ü günorta saatlarından etibarən hava şəraiti mülayimləşməsi gözlənilir. Havanın Temperaturu bu günlərlə müqayisədə yüksəlməsi proqnozlaşdırılır”.
Mürtəza
Gununsesi.info