QHT Agentliyinin dəstəklədiyi layihə Biləcəri bələdiyyəsində icra olunub - FOTOLAR

  • By Günel
  • 19 Sentyabr 2024 15:34

“ Təşkilatımız sonuncu tədbirini Binəqədi rayonu ərazisində fəaliyyət göstərən, yüz mindən artıq əhalisi və 800 ha. ərazisi olan Biləcəri bələdiyyəsində keçirdik. Belə ki, rəhbərlik etdiyim Qeyri-Hökumət Təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi “Bələdiyyə büdcələrinin formalaşdırlması problemləri” layihəsinin tədbirini keçirdi.”

Bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərimə görə Binəqədi rayonda keçirilən növbəti tədbir də çox yüksək səviyyədə təşkil olunmuşdu:” Binəqədi rayonu Bakı şəhərinin ən inkişaf etmiş rayonlarından biridir. Tədbir Biləcəri bələdiyyəsinin inzibati binasında təşkil olunmuşdu. Təxminən 50 nəfərlik heyətlə, bələdiyyə sədri Etibar Cabbarov, sədr müavini Samirə Həsənova, bələdiyyə üzvləri, bələdiyyənin rəhbərliyində təmsil olunan şəxslər, bələdiyyənin mühasibi, bələdiyyə quluqçuları, bələdiyyənin vergi yığanları və qəsəbənin ən aktiv fəalları iştirak edirdi.

İlk olaraq təşkilatımız adından Binəqədi rayonun rəhbərliyinə və əməyi olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm ki, layiənin icra olunmasında dəstəyini əsirgəmədilər. Dövlət Agentliyinin maliyyə dəstəyi verdiyi və olduqca önəmli bir layihənin icrasına öz mənəvi dəstəklərini əsirgəmədilər.
Tam obyektiv olaraq bildirmək istəyirəm ki, Binəqədi rayonunda çox yüksək səviyyəli işlər, xüsusən quruculuq və abadlıq işləri həyata keçirilir, o cümlədən bu işlər Biləcəri bələdiyyəsində də aparılır.

Biləcəri qəsəbəsində bütün sahələrdə müsbət dəyişiklikləri gördük. Biləcəri bələdiyyəsi əsasən vergidən yığılan vəsaitlə işlərini həyata keçirdir. Bugünkü görüşdə də layihənin fəlsəfəsinə uyğun olaraq bələdiyyənin büdcəsinin formalaşmasında olan problemlər, vətəndaşların vergi yığımında iştirakı, vergi işçilərinin bu sahədəki fəaliyyəti, qəsəbənin ümumi vəziyyəti və problemləri geniş müzakirə olundu. Bələdiyyənin sədri Etibar müəllim bələdiyyə büdcəsinin formalaşmasının çox vacib olduğunu və qəsəbədə yığılan vergi hesabına görülən işlərdən danışdı. Onun sözlərinə görə qəsəbənin küçələrində olan on kmlərlə hasarlar suvanır, 150-ə yaxın zibil tullantıları üçün yerlər bələdiyyə tərəfində tikilib.

Görüşdə vergi işçiləri qəsəbənin mövcud ərazisində olan evlərdən yığılan verginin həddindən artıq aşağı olunduğunu deyərək 6 sot torpağın illik vergisi 3 manat 50 qəpik olduğunu bildirdilər. Həmçinin çıxış edənlərin böyük əksəriyyəti qəsəbədə olan çıxarışsız evlərin hələ də qanuni sənədinin ala bilməməsini qeyd etdilər. Bələdiyyə sədri bildirib ki, bu gün bələdiyyələr üçün çıxıarışsız evlərin mövcudluğu vergi yığımına da təsir edir. Bilirsiniz ki, qanuna görə çıxarışı olmayan evlərdən bələdiyyələr vergi yığa bilməz. Hal-hazırda da Bakı və Abşeron ərazisində 500 mindən artıq qanunsuz evlər mövcuddur.”

QHT sədri Niyaməddin Orduxanlının dediyinə görə, görüşdə Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutundan da danışılıb:

“Azərbaycanda yerli özüniidarə etmənin 34 illik tarixi var. Biləcəri qəsəbə bələdiyyəsi də ilk yaranan bələdiyyələrdəndir. Dövlətimizin inkişafı üçün mütləqdir ki, bələdiyyə institutunun səlahiyyət və imkanları genişləndirilsin. Bizim təşkilatın əsas fəaliyyəti də bu istiqamətdədir. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq. Layihəyə uyğun olaraq Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirdiyimiz görüş və rayonda görülən işlər barədə internet televiziyasında məlumat yayılacaq. Həmçinin ölkə mediasında və sosial şəbəkələrdə keçirilən görüş barədə geniş məlumatlar veriləcək. Artıq layihəmiz yekunlaşıb. Fürsətdən istifadə edib YAP Binəqədi rayon sədri hörmətli Vüsal İsmayılova dərin təşəkürümüzü bildiririk.”

Gununsesi.info