QHT.az 6 yaşını qeyd edir

  • By admin
  • 08 İyul 2021 13:28

Bu gün QHT.az saytının 6 yaşı tamam olur.

Gununsesi.info bildirir ki, QHT.az saytı 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata layihə çərçivəsində yaradılıb. Sayt 2017-ci ildən özü-özünü maliyyələşdirmə sistemi ilə fəaliyyətini davam etdirir.

QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsin’ yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir.

Vətəndaş cəmiyyətinin inkişafına tövhə verməyi hədəfləyən QHT.az bu gün Azərbaycanın ixtisaslaşmış media qurumları sırasında öz layiqli yerini tutub və oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.

Dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlandırılan QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub.

QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə həmçinin İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədridir.