
Azərbaycanda 40-a yaxın qeyri hökumət təşkilatının dövlət qurumlarından, o cümlədən QHT-lərə Dövlət Dəstəyi Agentliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSM) aldıqları qrant vəsaitlərinin xərclənməsindəki korrupsiya hallarını araşdırılması barədə xəbər vermişik.
Qeyd edək ki, həmin xəbərdə QHT rəhbərlərinin Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində ayrılan pulların necə xərclənməsi barədə dindirildiyi bildirilir.
BUNA DA BAX:
Gununsesi.info-ya daxil olan daha bir məlumatda QHT-lətə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın qurumdan uzaqlaşdırılacağı deyilir.
Məlum olub ki, Aygün Əliyeva hökumətə yaxın QHT-lər arasında ciddi ayrı-seçkilik yaradıb. Belə ki, son iki ildə qrant müsabiqələrinin qalibləri eyni qurumlar olub.
Bu isə hökumətə yaxınlığı ilə seçilən QHT-lərin Prezident Administrasiyasına davamlı şikayətləri ilə nəticələnib.
Məsələ ilə bağlı QHT-lətə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Gununsesi.info-nun sorğusunu cavablandırmaqdan imtina edib.
Elmar Elnuroğlu
Gununsesi.info