QHT sədri həyəcan təbili çaldı: “SÜRƏTLƏ HAMININ VÖEN HESABLARI BAĞLANIR”

  • By admin
  • 14 Aprel 2017 11:43

sahibmemmed

“Maliyə Bazarına Nəzarət Palatası adında qondarma qurum var. Onun normativ-hüquqi akt qəbul etmək sələhiyyəti yoxdur. Əməkdaşlıarının hər şeydən başı çıxır, maliyyə işindən başqa”. 

Gununsesi.info-nun xəbərinə görə, bu haqda  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov sosial şəbəkədəki səhifəsində Qeyri Hökumət Təşkilatlarının (QHT) nəğdsiz hesablaşmaya keçirilməsi haqqında qəbul olunan qərarına münasibət bildirərkən belə deyib. 

S.Məmmədov hesab edir ki, , bu, kommersiya qurumlarının bank vasitəsilə əməliyyat aparmayacağı anlamına gəlir: “İndi bunlara necə izah edək ki, məsələn QHT ictimai nəqliyyatda istifadə edilən karta 1 manat pulu köçürmə yolu ilə necə yükləsin. 3 manatlıq dəftəxana ləvazimatını köçürmə yolu ilə necə alsın? Ezamiyyətə gedəkən içdiyi supun pulunu necə köçürsün?  Kirayə götürdüyü ofisin (əksəriyyəti şəxsi mənzildir) kirayə haqqını sahibinə necə versin (təbii ki, heç birinin bank hesabı yoxdur) və sairə və ilaxır. Bu adam nə etmək istəyir, bilən varmı?

Əmək və Əhalinin Sosial Müdafiə Naziri ilə birgə sahibkarlığı tam məhv etməyi bunlara kim tapşırıb? Nağd əməliyyatların aparılması bütün hüquqi şəxslərə qadağan olunub. Bunun nəticəsini bu hökumətdə anlayan yoxdurmu? Son günlərdə sürətlə hamının VÖEN hesablarının bağlamasından xəbəri olan varmı? Bu, o deməkdir ki, kommersiya qurumları bank vasitəsi ilə əməliyyat aparmayacaqlar. Vergi tam gizlədiləcək. QHT-lər isə onsuz da məhv olub”.

Gülnaz Qənbərli

Gununsesi.info