
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Universitetinin Tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə 1 dekabr – Qazanılmış İmmun Çatışmazlığı Sindromuna qarşı mübarizə gününə həsr edilmiş tədbir keçirilib.
Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, məqsəd gəncləri sağlamlıqlarının qorunması istiqamətində, İİV/QİÇS barədə maarifləndirimək və pandemiyaya qarşı həmrəylik nümayiş etdirmək olub.
Tədbirdə çıxış edənlər Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Universitetinin Tələbə-gənclər təşkilatının sədr müavini Eldar Müzəffərov XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən birinin QİÇS olduğunu, narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik bütün bunların xəstəliyin yaranmasında və yayılmasında mühüm rol oynadığını qeyd ediblər. Ölkəmiz də QİÇS-lə mübarizədə bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə edilir, bəlaya qarşı qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər birliklərinin səylərini birləşdirilir.
Anar
Gununsesi.info