Qida Təhlükəsizliyi Agentliyi işçi axtarır

  • By admin
  • 19 May 2018 18:00

Qida Təhlükəsizliyi Agentliyinin tərkibində fəaliyyət göstərəcək Azərbaycan Qida Təhlükəsizliyi İnsititutuna baytarlıq ixtisası üzrə ali təhsilli mütəxəssislər (yaş həddi 23-40) tələb olunur. 

Bu barədə Gununsesi.info-ya Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, arzu edənlər öz CV-lərini (anketləri) aqtikadr2018@gmail.com elektron ünvanına göndərə və ya əlavə məlumat almaq üçün (012) 377-00-77 telefon nömrəsinə zəng edə bilər.

Gununsesi.info