Qida zəhərlənməsindən 6 nəfər ölüb - NAZİRLİKDƏN AÇIQLAMA

  • By admin
  • 26 Yanvar 2018 15:50

2017-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov apa-ya deyib ki, ötən il əhali arasında 362 qida zəhərlənməsi halı baş verib, 565 nəfər zərər çəkib.

O bildirib ki, qida zəhərlənmələrindən 21-i botulizm hadisəsi olub, zərərçəkənlərin sayı 41 nəfər təşkil edib.

Z. Kazımovun sözlərinə görə, 2017-ci ildə 6 nəfər qida zəhərləməsi nəticəsində ölüb.

Şöbə müdiri ölüm hallarının səbəblərini də açıqlayıb. O qeyd edib ki, ölüm halları ev şəraitində hazırlanmış turşulardan baş verib.

Gununsesi.info