Qidadan zəhərlənmələr çoxalıb. Son zamanlar qida zəhərlənməsindən dünyasını dəyişən şəxslərin sayı da artıb. İlk növbədə statistika düzgün aparılmalı və ictimaiyyətə məlumat verilməlidir.
Gununsesi.info News24.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin 2024-cü il yaz sessiyasının ilk iclasında “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı millət vəkili Azay Quliyev deyib.
Deputat bildirib ki, istehlaka yararsız məhsulların aradan qaldırılması prosesi çevikləşdirilməlidir.
Azay Qulieyv əlavə edib ki, bir sıra keyfiyyətsiz məhsullar sərhədi keçərək ölkəyə daxil olur:
«Hava limanında qida təhlükəsizliyinə nəzarət edildiyi kimi, quru və su sərhədlərində də eyni mexanizm tətbiq edilməlidir».
Gununsesi.info