Qırğız musiqiçi AZAD EDİLDİ

  • By admin
  • 10 Yanvar 2022 11:26

İğtişaşlarda iştirakda şübhəli bilinərək Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Qırğızıstan vətəndaşı Vikram Ruzaxunov azad edilib.

Gununsesi.info xəbər verir ki, b barədə TASS-a Qırğızıstanın güc strukturlarındakı mənbə bildirib.

“Biz öyrəndik ki, Ruzaxunov azad edilib və tezliklə Bişkekə gəlməlidir”.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstanda saxlanılan qırğız musiqiçi tez-tez Almatıda qastrol səfərində olub. Yeni il gecəsi onu konsert proqramları üçün şəhərə dəvət ediblər. O, 2021-ci il dekabrın 16-da Almatıya bilet alıb, yanvarın 2-də isə qonşu respublikaya uçub. Ruzaxunov caz musiqisi ifaçısı, pianoçu və illik “Bişkek-Caz-Bahar” beynəlxalq musiqi festivalının təşkilatçılarından biridir. Bəzi Qazaxıstan KİV-ləri bazar günü Ruzaxunovun Almatıdakı qırğınlarda iştirakını etiraf etməsinin görüntülərini dərc edib. Videoda musiqiçinin üzündə döyülmə izləri görünür.

Onun saxlanması Qırğızıstanın sosial şəbəkələrində mənfi reaksiyaya səbəb olub, istifadəçilər qazaxıstanlılar üçün humanitar yardımın yığılmasını dayandırmağı və sülhməramlıları geri qaytarmağı tələb ediblər.

Gununsesi.info