Qırğızıstan lideri bacısı oğlunun nişanlısını görə həbs edib

Qırğızıstan prezidenti Sadır Japarov keçmiş gözəllik kraliçası olan bacısı oğlunun nişanlısını aşırı göstərişli evlilik təklifinə görə həbs etdirib.

Gununsesi.info –nun xarici mətbuata istinadən xəbərinə görə, təklif əsnasında hökumət helikopterinin istifadə olunması reaksiyaya səbəb olub.

Ölkənin cənubunda sel fəlakəti yaşanarkən belə möhtəşəm hadisəyə dəstək verilməsinin qəbuledilməz olduğunu bildirən Japarov qardaşı oğlunun nişanlısı Aftandil Sabırbekovun saatlıq kirayə haqqı 1500 funt sterlinq (1780 avro) olan dövlət helikopterindən istifadə etməsinə reaksiya verib.

Sabırbekova qarşı, eyni zamanda narkotik ittihamı da irəli sürülüb. Japarov yerli mediaya müsahibəsində qardaşı oğlunun adından ictimaiyyətdən üzr istəyib Japarov deyib ki, Sabirbekov qardaşı oğlunu həqiqətən sevmir və onunla yalnız özünə “siyasi dəstək vermək” və “qanunsuz fəaliyyətini gizlətmək” üçün evlənmək istəyir.

Sabirbekovun ictimaiyyət qarşısında üzr istəməməsi Japarovu qəzəbləndirib və iki həftə sonra o, qardaşı oğlunun nişanlısının həbsinə göstəriş verib.

Yerli mətbuatda yayılan xəbərlərdə Sabirbekovun narkotiklə bağlı cinayətlərə görə həbs edildiyi bildirilib. 2020-ci ildə “Miss Qırğızıstan” seçilən 23 yaşlı Nurqojoevanın evlilik təklifinin görüntülərini sosial media hesabında paylaşmasından sonra reaksiyalar böyüyüb və qəzəblə qarşılaşılanıb.

Görüntülərdə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə məxsus helikopterlərdən biri ilə dağ yamacına uçan cütlüyün çiçəklərlə bəzədilmiş nəhəng ürəyin qarşısında dayandıqları görünür.

Bu reaksiyalardan sonra Nurqojoeva sosial media hesabından şəkilləri silib.

 

 

Günel

Gununsesi.info