Dekabrın 20-də Qırğızıstan parlamenti ikinci və üçüncü oxunuşda ölkə bayrağının dəyişdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib.
Gununsesi.info bildirir ki, bu barədə respublikanın ali qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsinin təşəbbüskarları parlamentin deputatları Nurlanbek Şakiyev və Ulan Primovdur.
Qanun layihəsinin qəbul edilməsinə 59 deputat, əleyhinə isə 5 deputat səs verib.
Gununsesi.info