Qırğızıstan Prezidenti Hakan Fidanı qəbul edib

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

 

Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

 

Qeyd edək ki, H.Fidan Qırğızıstanda səfərdədir. O, daha əvvəl həmkarı Cinbek Kulubayevlə görüşüb.