Qırğızıstan prezidenti İSTEFA VERDİ

Qırğızıstan prezidenti Sooranbay Jeenbekov istefa verib.

Gununsesi.info xəbər verir ki, ölkə başçısı xalqa müraciətində bunu deyib.

HTML tutorial

O, kütləvi aksiyalar fonunda bu qərarı verdiyini əlavə edib.

“Mən tarixdə öz xalqına atəş açan və qanını tökən prezident kimi qalmaq istəmirəm. Qırğızıstanın bütövlüyü, xalqın birliyi və cəmiyyətimizin sabitliyi mənim üçün hər şeydən öndədir” – deyə Jeenbekov deyib.

Xatırladaq ki, ölkədə 4 oktyabrda baş tutan parlament seçkilərindən sonra kütləvi iğtişaşlar baş verib. Müxalifət partiyaları seçkilərin qanun pozuntusu ilə keçirildiyini iddia ediblər.

Gununsesi.info