Qırğızıstan Prezidenti KTMT-nin sammitində iştirakdan imtina etdi

  • By admin
  • 10 Yanvar 2022 10:31

Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası bu gün Moskva vaxtı ilə saat 10-da başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Berik Uali bildirib.

“Bu gün Nur-Sultan vaxtı ilə saat 13:00-da prezident Qasım-Jomart Tokayev Qazaxıstan tərəfinin təşəbbüsü ilə çağırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında iştirak edəcək”.

Qeyd edk ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov KTMT-nin bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.

Sammitdə Qırğızıstan Prezidentini Baş nazir Akılbek Japarov əvəzləyəcək.

Xatırladaq ki, tərəflər Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər.

Gununsesi.info