Qırğızıstan Prezidenti Tacikistandakı səfiri geri çağırdı

  • By admin
  • 02 Fevral 2022 18:11

Qırğızıstanın Tacikistandakı səfiri Janış Rustenbekov vəzifəsindən geri çağırılıb.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov bununla bağlı sərəncam imzalayıb.

J. Rustenbekov 2018-ci ilin dekabrından Qırğızıstanın Düşənbədəki səfiri olub. Bundan əvvəl isə ölkəsinin Türkmənistandakı (2014-2018) və Qazaxıstandakı (2007-2011) diplomatik missiyasına rəhbərlik edib.

 

 

Gununsesi.info