Qırğızıstan-Tacikistan sərhədində ATIŞMA

Qırğızıstanla Tacikistan sərhədində atışma baş verib.

Gununsesi.info Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, səhər saatlarında sərhədyanı Batken rayonunda yerli sakinlər arasında mübahisə yaranıb.

HTML tutorial

Mübahisə nəticəsində hər iki ölkənin sərhədçiləri arasında atışma qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda bölgədə danışıqlar davam edir.

Gununsesi.info