Qırğızıstan-Tacikistan sərhədində atışma olub

  • By admin
  • 27 Yanvar 2022 20:06

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti Tacikistanla sərhəddə gərgin vəziyyət barədə məlumat yayıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının zabitləri birtərəfli qaydada Batkenin bölməsini bağlayıblar.

Milli Təhlükəsizlik Dövlət Komitəsinin Batken vilayəti üzrə idarəsinin rəisi Kyyalbek Tolonbayev və Batken sərhəd dəstəsinin rəisi Rüstəm Mirşakirov həmin əraziyə gediblər. Sərhəd bölmələri gücləndirilmiş xidmət rejiminə keçirilib.

Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir, Sovet İttifaqının dağılmasından sonra sərhəddə onlarla mübahisəli hissələr qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan indiyədək komissiyaların və işçi qrupların iki yüzə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında bəzən münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.

 

 

Gununsesi.info