Qırğızıstan-Tacikistan sərhədində ölümcül toqquşma yaşanıb

  • By admin
  • 29 Aprel 2021 21:47

Qırğızıstan və Tacikistan sərhədində yeni bir qarşıdurma baş verib. Belə ki, aprelin 28-də “Golovnoy” su paylama məntəqəsində sərhəd kəndlərinin sakinləri bir-birlərinə daş atmağa başlayıb. Tərəflər məsuliyyəti bir-birinin üzərinə atır.

Aprelin 29-da vəziyyət gərginləşib. Qırğızıstan Səhiyyə Nazirliyi qarşıdurma nəticəsində 1 nəfərin öldüyünü, 17 nəfərin isə yarlandığını xəbər verir. Bəzilərinin güllə yarası aldığı bildirilir.

Qırğızıstanın cənub Batken bölgəsindəki polislər Tacikistan vətəndaşlarının Kok-Taş kəndində yerləşən bir hərbi hissəyə atəş açdıqlarını, Tacikistan tərəfdən də Qırğızıstanın Ak-Sai kəndi yaxınlığında atəş səsləri eşidildiyi bildirilib.

Tacikistan Sərhəd Mühafizə Xidməti Qırğızıstan hərbi xidmətinin Tacikistan rəsmilərinin yurisdiksiyasını iddia etdikləri ərazidə yerləşən Golovnoi su paylama mərkəzinin yaxınlığındakı Tacikistan sərhəd bölmələrinə ilk atəş açanın Qırğızıstan hərbi personalı olduğunu deyərək iddiaları rədd edib.

Tacikistan rəsmiləri iki Tacikistan vətəndaşının güllə yarası alığını və aprelin 29-da xəstəxanaya yerləşdirildiyini bildirib. Rəsmilər bir gün əvvəl qarşıdurma nəticəsində yeddi Tacikistan vətəndaşının yaralandığını bildirmişdi.

Tacikistan tərəfi də toqquşmaların Qırğızıstan rəsmiləri tərəfindən qızışdırıldığını iddia edir.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Orta Asiyanın keçmiş Sovet respublikaları bir çox sərhəd bölgələrində mübahisələr yaşayır. Nəticədə çoxlu sayda ölümcül insident yaşanıb.

Vəziyyət Qırğızıstan, Tacikistan və Özbəkistan sərhədlərinin birləşdiyi Fərqanə vadisində xüsusilə mürəkkəbdir.

Hazırkı qarşıdurma Tacikistan rəsmilərinin Qolovnoi su paylama mərkəzində nəzarət avadanlığı quraşdırması fonunda baş verib. Qırğız rəsmiləri ərazinin suverenliyinin hələ müəyyənləşdirilmədiyini deyir.

Qırğızıstan prezidenti Sadır Japarov Facebook səhifəsində sakitliyə və Qırğızıstan vətəndaşlarını “səbrli olmağa və təxribatlara uymamağa” çağırıb.

“Tacik qardaşlarımızla hər zaman ortaq dil tapacaq, qədim torpağımızdakı qonşuluq maraqlarını qoruyaraq və nəzərə alaraq bütün məsələləri həll edəcəyik. Münaqişəni alovlandırmağa çalışanlar təhlükəlidir. Bütün daxili siyasi qüvvələri millətimiz üçün belə mürəkkəb bir zamanda təmkinli olmağa çağırıram ” – deyə, Japarov bildirib.

Bu arada Özbəkistan Xarici İşlər Nazirliyi də Qırğızıstan-Tacikistan sərhədində artan gərginliklə bağlı narahatlığını dilə gətirib.

“Tərəfləri toqquşmaları dərhal dayandırmağa, vəziyyəti sabitləşdirmək üçün ortaq tədbirlər görməyə və daha da kəskinləşməyə səbəb ola biləcək hərəkətlərdən uzaq durmağa çağırırıq” – deyə, Özbəkistan Xarici İşlər Nazirliyi verdiyi açıqlamada Daşkəndin vəziyyətin həllinə töhfə verməyə hazır olduğunu bildirib.