Oş şəhərində birgə demarkasiya komissiyasının işi üzrə Qırğızıstan və Özbəkistan hökumət nümayəndə heyətlərinin işçi qruplarının görüşü keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb
Danışıqlar martın 4-dən 8-dək aparılıb.
2023-cü il üçün işlərin yekunlarına yekun vurulub, 2024-cü il üçün görüşlərin qrafiki təsdiq edilib, dövlət sərhədinin demarkasiyası, demarkasiya xəritələrinin və xüsusi (ümumi) geodeziya şəbəkəsinin yaradılması məsələləri müzakirə edilib.
Tədbirlərin yekunlarına əsasən müvafiq Protokol imzalanıb.
İşçi qrupların növbəti iclası Özbəkistan ərazisində baş tutacaq.
Gununsesi.info