Qırğızıstan və Qazaxıstanda güclü zəlzələ oldu

  • By admin
  • 04 Mart 2024 13:15

Martın 4-də Qırğızıstanda 6 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 12:22-də qeydə alınıb.

Zəlzələnin mənbəyi Çolpon-Ata şəhərindən 35 km şimal-qərbdə, Almatıdan 40 km cənubda, Bişkekdən 190 km şimalda yerləşib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, martın 4-də Almatıdan 31 km cənubda 6,1 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 11:22-də qeydə alınıb. Almatıda zəlzələ 5 bal gücündə hiss olunub.

Tələfat, dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

 

Gununsesi.info