Tacikistan və Qırğızıstan nümayəndələri dövlət sərhədinin 10,7 kilometr uzunluğunda hissəsini razılaşdırıblar.
Gununsesi.info xəbər verir ki, Qırğızıstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, martın 12-dən 17-dək Qırğızıstan və Tacikistanın hökumət nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik işçi qrupları və işçi qruplarının sərhədlərin delimitasiyası və demarkasiyası üzrə növbəti iclası keçirilib. Qırğızıstan-Tacikistan dövlət sərhəddi Tacikistanın Suqd vilayətinin Buston şəhərində olub.
Topoqrafik işçi qrupları Qırğızıstan-Tacikistan dövlət sərhədinin 10,7 km-də razılığa gəliblər.
Tərəflər Qırğızıstan ərazisində baş tutacaq növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər.
Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu 970 kilometrə yaxındır ki, bunun da 503-ü mübahisəlidir.
Gununsesi.info