Qırğızıstan və Tacikistanın topoqrafik işçi qrupları daha 24,01 km sərhədi razılaşdırıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Qırğızıstan ərazisində baş tutacaq növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər.
İclasın yekunu üzrə müvafiq protokol imzalanıb.
Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 972 km-dir. Noyabrın əvvəlində topoqrafik işçi qrupları dövlət sərhədinin 75,28 km-də razılaşdırılıb.
Gununsesi.info