
Qırğızıstan parlamenti-Joqorku Keneşin profil komitəsi koalisiya çoxluğunun hökumətin strukturu və tərkibi ilə bağlı təklifini təsdiq edib.
Gununsesi.info bildirir ki, Qırğız parlamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qırğızıstanın Baş naziri postuna bu vəzifəni icra edən Sooronbay Jeenbekov təsdiq olunub.
Hökumətin strukturu və tərkibi yaxın günlərdə Qırğızıstan parlamentinin təsdiqinə çıxarılacaq.
Gununsesi.info