Qırğızıstanın Talas şəhərində etiraz aksiyası keçirilib.
Gununsesi.info xəbər verir ki, etirazçılar Qazaxıstanla sərhəddə yaranmış vəziyyətin həll olunmasını tələb ediblər.
Qeyd edək ki, ötən ayın əvvəllərində Qazaxıstan Qırğızıstanla sərhəddə nəzarəti gücləndirərək bu ölkədən yük keçidinin 3 dəfəyədək azalması barədə tədbirlər görüb. Bu yüklərin 80 faizi tranzit yolu ilə Rusiyaya çatdırılırdı.
Etiraz aksiyasının dinc şəraitdə davam etdiyi bildirilib.
Qırğızıstan mətbuatı aksiyada 500-dən çox adamın iştirak etdiyini yazır.
Gununsesi.info